Konstitusiya Məhkəməsi Plenumunun növbədənkənar prezident seçkisinin yekunlarına həsr olunan iclasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov çıxış edib.
Oxu.Az-ın məlumatına əsasən, o, seçki qanunvericiliyinin tələblərindən irəli gələn prosedurların icra olunduğunu bildirib.
M.Pənahov deyib ki, seçki prosesində seçici siyahıları hazırlanıb, müvafiq olaraq dairə və məntəqə seçki komissiyalarına təqdim edilib.
MSK sədri seçki prosesi zamanı prezidentliyə namizədliyin irəli sürülməsi, prezidentliyə namizədlərin qeydə alınması barədə də məlumatlar verib.
11:01
Konstitusiya Məhkəməsi Plenumunun növbədənkənar prezident seçkisinin yekunlarına dair iclası başlayıb.
Oxu.Az bildirir ki, iclasda prezident seçkisinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının (MSK) protokolunun təsdiq edilməsi və seçkinin nəticələrinə baxılacaq.
İclasda MSK-nın sədri Məzahir Pənahov, MSK sədrinin müavini Rövzət Qasımov, qurumun katibləri Mikayıl Rəhimov və Arifə Muxtarova iştirak edirlər.
Ombudsman, Dövlət Statistika Komitəsinin əməkdaşları, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin ekspertləri də iclasda iştirak edənlər arasındadırlar.
Qeyd edək ki, 2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib.
MSK-nın yekun nəticələrinə əsasən, seçkidə iştirak etmiş seçicilərin 92,12 faizinin səsini (4 567 458 səs) qazanan İlham Əliyev qalib elan edilib.
Aqşin Kərimov
www.RIA24.az