COP28-də əldə edilən nailiyyətlər COP29 və COP30-a qədər irəli aparılmalıdır.
“Report” xəbər verir ki, bu barədə COP28-in prezidenti Sultan Əl Cabir COP sədrlikləri troykasının açılış mərasimində çıxış edərkən deyib.
“Bu tərəfdaşlıq davamlılığı təmin etmək üçün misilsizdir”, – o vurğulayıb.
Qeyd edək ki, cari ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Bakıda keçiriləcək.
www.102info.az