Rusiyada Ermənistan istehsalı olan mineral suyu içən kişi öldü

Dünya


Ermənistan istehsalı olan “Cermuk” markalı mineral su Rusiyada bir kişinin ölümünə səbəb olub.

Məlumata görə, Vladikavkaz şəhərinin sakini fevralın 13-də mağazadan həmin sudan alıb içdikdən sonra qida borusu yanıb. Məlum olub ki, şüşənin içindəki sirkə imiş. Xəstəxanaya yerləşdirilən kişi bu gün dünyasını dəyişib.

Hadisədən sonra Rusiya Federasiyası İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidməti (“Rospotrebnadzor”) təhlükəsizlik yoxlamaları üçün Ermənistanın Cermuk şəhəri yaxınlığında yerləşən eyniadlı yataqdan alınmış mineral suyun müəyyən partiyalarının satışını dayandırıb.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir