Kanadada yeniyetmə “ölüm şüası” yaradıb və onun effektivliyini sübut edib

Maraqlı


Kanadada 12 yaşlı yeniyetmə qədim yunan alimi Arximed tərəfindən icad edildiyi iddia olunan “ölüm şüası”nı yarada bilib.

Qeyd olunur ki, məktəbli Arximedin güzgülərini yaradıb ərsəyə gətirməyə çalışıb. Rəvayətə görə, onlardan eramızdan əvvəl 213-cü ildə Sirakuzun müdafiəsində istifadə olunub. Sirakuz körfəzi boyunca quraşdırılmış güzgülərdən istifadə edərək, Arximed şüaları düşmən gəmilərinə yönəldərək, onları yandırıb. Hazırda belə bir cihazın mövcudluğuna dair dəqiq sübut yoxdur.

Yeniyetmə stolüstü lampalar və güzgülərdən istifadə edərək bu ixtiranın daha kiçik bir nüsxəsini qura bilib. Təcrübəsində o, yüz vatlıq lampa və dörd güzgüdən istifadə edib. O, belə qənaətə gəlib ki, konsepsiya işləyir və qurğunun özü də döyüşdə istifadə oluna bilər.

Eksperimentinə görə yeniyetmə “Matthews Hall” illik elm sərgisinin qızıl medalına layiq görülüb. O, həmçinin Temza vadisində fizika elmləri üzrə elm sərgisinin medalı və London İctimai Kitabxanasının mükafatını alıb.

Mənbə: IFL Science

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir