Gəncə Ağır Cinayətlər Məhkəməsində Tərtərdə yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Ceyhun Həsənovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, hadisə 14 avqust 2023-cü il tarixdə, saat 13 radələrində Tərtər rayonunun Seydimli kəndində qeydə alınıb.
Belə ki, 1988-ci il təvəllüdlü Ceyhun Həsənov sürücülük vəsiqəsi olmadan Samir Qafarova məxsus “Tofaş Şahin” markalı avtomobildə idarəetməni itirib və qəza törədib. Nəticədə avtomobildəki sərnişin, 1990-cı il təvəllüdlü Sahil Muradov aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb. Ceyhun Həsənov isə müxtəlif dərəcələri bədən xəsarətləri alıb.
Hadisədən sonra Ceyhun Həsənov cinayət məsuliyyətinə cəlb edilib.
Bildirək ki, təqsirləndirilən şəxslə mərhum Ceyhun Həsənov dost olublar, birlikdə usta işləyiblər.
www.102info.az