Bakının Yasamal rayonunda ağacların qanunsuz şəkildə kəsildiyi iddia edilib.
Oxu.Az-ın məlumatına görə, bu addımın Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən Əbdürrəhimbəy Haqverdiyev küçəsində yerləşən yaşayış binasının qarşısında atıldığı bildirilir.
Məsələ ilə bağlı Yasamal RİH ilə əlaqə saxladıq.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, səyyar qəbul zamanı Ə.Haqverdiyev küçəsi, 1 ünvanında yaşayan vətəndaşlar müraciət edərək yaşadıqları ərazinin qanunsuz çəpərləndiyini bildiriblər. Vətəndaş müraciəti əsasında zəbt olunmuş ərazidəki qanunsuz çəpərlər sökülərək ərazi təmizlənib, ağaclar kəsilməyib.
İlhamə Əbülfət
www.102info.az