ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Kolorado ştatında ölkənin ilk prezidenti Corc Vaşinqtonun oğurlanmış portretini axtarır.
Bu barədə FTB “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.
Corc Vaşinqtonun XIX əsrin əvvəlində çəkilmiş portreti tarixi əhəmiyyətə malikdir. Oğurlanmazdan əvvəl o, Kolorado ştatının Enqlvud şəhərindəki anbarda olub.
Qeyd olunub ki, FTB həm portretin özünü, həm də onu oğurlayan şübhəliləri tapmaq üçün Enqlvud polisi ilə birgə işləyir.
#FBI Denver is assisting @PoliceEnglewood in the investigation into the missing painting. Please contact EPD, @CrimeStoppersCO or FBI at 1-800-CALL-FBI or https://t.co/nfbjZhdWhf if you have any information.
— FBI Denver (@FBIDenver) February 13, 2024
www.102info.az