Əsrlərlə müəmmalı şəkildə xarab olmayan yumurta alimləri heyrətə gətirdi – FOTO

Mədəniyyət


Britaniyanın Eylsberi şəhərində qazıntılar zamanı tədqiqatçılar yaşı 1700 il olan toyuq yumurtası aşkar ediblər. 

Üçölçülü təsvirlər yaratmağa imkan verən mikrokompüterli tomoqrafiya üsulundan istifadə etməklə araşdırma aparılıb və yumurtanın hələ də həm sarısının, həm də ağının qorunduğu müəyyən edilib.

“Yumurtanın hələ də orijinal tərkibini saxlaması tamamilə inanılmazdır. Biz tərkibini görəndə heyrətə gəldik”, – deyə Oksford Arxeologiya layihəsindən Edvard Biddulf qeyd edib.

Alimlər hesab edirlər ki, yumurta romalıların dəfn mərasimində ayinin bir hissəsi kimi su çuxuruna atılıb.

Yumurta hazırda Eylsberidəki “Discover Bucks” muzeyində saxlanılır.

Mənbə: TRT Haber

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir