Xətai rayonunda qadın dilənmək üçün yeni metod seçib.
Oxu.Az-ın məlumatına görə, qadın hər gün günorta saatlarından sonra iki uşağı ilə birlikdə rayonun “Xəzər dairəsi” deyilən ərazisinə gəlir.
O, uşaqları ilə birlikdə uzun müddət məişət tullantılarının atıldığı yerdə oturur.
Hətta gecə saatlarında zibil qutularının ətrafında ocaq qalayır.
Sanki evsiz olduğu üçün burada qalır. Halbuki səhər saatlarında onları orada görmək mümkün olmur…
Ətrafdan keçən əksər şəxslər də onlara pul verirlər.
İlhamə Əbülfət
www.102info.az