KİV: “Paşinyan tezliklə hökumətdə kadr inqilabı həyata keçirəcək”

Dünya


Ermənistanın baş naziri Nikol Paşinyan tezliklə hökumətdə kadr inqilabı həyata keçirəcək.

Bu barədə “Joxovurd” qəzeti mənbələrə istinadən yazır.

Bildirilib ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan hazırda yeganə toxunulmaz şəxsdir.

“Görünür, onun işi həm Paşinyanı, həm də “Vətəndaş sazişi”nın elitasını təmin edir”, – deyə qəzet qeyd edir.

Bununla belə Paşinyanın hələ də fikrini dəyişə biləcəyi ehtimalı da istisna edilməyib.

Nəşr qeyd edib ki, Paşinyan ona sadiq olan qanunverici orqanın üzvlərinə güvənir və onları icra orqanına keçməyə dəvət edir. Lakin deputatlar nazir portfelini götürməkdən imtina edirlər. Hazırda Paşinyanın ümidi kadr bankınadır, lakin qəzetin mənbələrinə görə, o, oradan da adam tapa bilmir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir