Azərbaycanın qadınlardan ibarət iki minaaxtaran komandası hazırda Ağdam rayonunun erməni işğalından azad olunan Nəmirli kəndi ərazisini minalardan təmizləyir.
“Report”un Qarabağ bürosu xəbər verir ki, ərazidə ümumilikdə 25 qadın minaaxtaran, iki qadın paramedik, üç kişi qrup rəhbəri və onların müavinləri və 11 kişi minaaxtaran fəaliyyət göstərir.
Bildirilib ki, həmin qruplar tərəfindən indiyədək 595,258 kvadratmetr ərazi minalardan təmizlənib, 8 ədəd tank əleyhinə mina, 12 ədəd piyada əleyhinə mina və 71 ədəd partlamamış hərbi sursat (PHS) aşkarlanıb.
Qeyd edək ki, qadın minaaxtaranlar layihəsi Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən Avropa İttifaqı (Aİ) və ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi, BMT-nin İnkişaf Proqramının (UNDP), Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) vasitəçiliyi və Minalar üzrə Məsləhət Qrupu (MAG) ilə birgə həyata keçirilir.
www.102info.az