Rusiya ilə münaqişədən sonra Ukraynanın bərpası 452,8 milyard avroya başa gələcək.
Bu barədə Avropa Komissiyasının bəyanatında bildirilib.
“Ukrayna hökuməti, Dünya Bankı Qrupu, Avropa Komissiyası və Birləşmiş Millətlər Təşkilatı tərəfindən dərc edilən, zərər və ehtiyacların birgə operativ yenidən qiymətləndirilməsinə əsasən, 31 dekabr 2023-cü il tarixinə Ukrayna üçün yenidənqurma və bərpa işlərinin ümumi dəyəri növbəti onillik ərzində 486 milyard dollar (452,8 milyard avro) təşkil edəcək. Bir il əvvəlki qiymətləndirmədə isə bu məbləğ 411 milyard dollar (383 milyard avro) olub”, – deyə sənəddə qeyd olunub.
Mənbə: TASS
www.102info.az