YAP sədrinin müavini: “Türk Şəhidliyi abidəsi Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının rəmzidir”

Siyasət

“Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı tarixi köklərə əsaslanır”.

Oxu.Az-ın məlumatına əsasən, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Bakının erməni-bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü münasibətilə danışarkən deyib.

O qeyd edib ki, Azərbaycan hər zaman türk şəhidlərinin xatirəsini əziz tutur.

“Bakı Türk Şəhidliyi abidəsi Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının bir rəmzidir. Bura xalqımızın ehtiramla yad etdiyi məkana çevrilib”, – deyə o bildirib.

O söyləyib ki, bu gün Azərbaycan-Türkiyə münasibətləri yüksələn xətlə inkişaf edir:

“Bu gün də Azərbaycan Türkiyə münasibətləri müttəfiqlik zirvəsinə ucalıb. Azərbaycan və Türkiyə prezidentlərinin qardaşlığı bütün sahələrdə əməkdaşlığa, görülən işlərə öz töhfəsini verməkdədir. Hər iki ölkə başçısının iştirakı ilə imzalanan Şuşa Bəyannaməsindən sonra da görülən işlər göz qabağındadır”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir