AFFA “Araz-Naxçıvan”ın məşqçisini cəzalandırıb

Cəmiyyət


AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Oxu.Az xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

Yığıncaqda Azərbaycan Premyer Liqasının XXII turunda baş verənlər müzakirə olunub. “Kəpəz” – “Səbail” oyununda meydan sahibləri altı, qonaqlar dörd futbolçu sarı vərəqə aldığı üçün hərəyə 700 manat cərimə edilib. Matçın fasiləsində Gəncə klubunun futbolçusu Vurğun Hüseynov hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün bir oyun cəzalanıb, klubu 500 manat cərimə olunub.

“Araz-Naxçıvan”ın məşqçisi Vadar Nuriyev “Neftçi” ilə qarşılaşmanın fasiləsində hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün iki oyun cəzalanıb. O, klubunu 1500 manat ziyana salıb. “Neftçi” beş futbolçusu sarı vərəqə aldığına görə 700 manat ödəyəcək. 90+3-cü dəqiqədə “Neftçi” azarkeşləri tərəfindən rəqib futbolçuların ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə klub 1000 manat ziyana düşüb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir