Almaniya Ukraynaya yeni hərbi yardım paketi verəcək.
Bu barədə Almaniya kansleri Olaf Şolts Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hərbi dəstək təxminən 1,1 milyard avro təşkil edəcək.
“Bu gün biz Ukraynaya təxminən 1,1 milyard avro məbləğində yeni hərbi yardım paketini işə salırıq”, – deyə Şolts qeyd edib.
Onun sözlərinə görə, Berlin Kiyevə sənaye ehtiyatlarından 36 təkərli haubitsa verəcək. Bundan əlavə, Ukrayna Silahlı Qüvvələri iki yeni hava hücumundan müdafiə sistemi və 120 min artilleriya mərmisi alacaq.
Olaf Şolts vurğulayıb ki, Almaniya hazırda Ukrayna Silahlı Qüvvələrinə dəstək üçün təxminən 28 milyard avro ayırıb. Onun sözlərinə görə, Berlin Ukraynaya hərbi yardımın həcminə görə siyahıda ikinci yerdədir.
Mənbə: NEWS.ru
www.102info.az