Birləşmiş Ştatlar İsrail hakimiyyətinə milyonlarla dollar dəyərində müxtəlif döyüş sursatları verməyi planlaşdırır.
Bu barədə “Wall Street Journal” amerikalı rəsmiyə istinadla xəbər verib.
Bildirilir ki, gözlənilən silah tədarükünə təxminən 1 000 ədəd “MK-82” bombası, “KMU-572” birbaşa hücum sursatları və “FMU-139” bomba partladıcıları daxildir.
Mənbə bildirib ki, təklif edilən tədarük hələ daxili administrasiya tərəfindən nəzərdən keçirilir, həmçinin, təklifin təfərrüatı dəyişə bilər.
www.102info.az