Yəmən sahillərində daha bir gəmiyə hücum olub

Dünya


Yəmən sahillərində daha bir gəmiyə hücum olub. Hadisə nəticəsində gəmi zədələnib.

Bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Koordinasiya Mərkəzi (UKMTO) xəbər verib.

Bildirilib ki, insident Moxa limanı yaxınlığında baş verib.

“UKMTO-ya Yəmənin Moxa şəhərindən 35 dəniz mili cənubunda baş vermiş insidentlə bağlı məlumat verilib. Kapitan gəminin bilavasitə yaxınlığında partlayış baş verdiyini və bunun nəticəsində ziyan dəydiyini bildirib. Kapitan ekipajın təhlükəsizlikdə olduğunu vurğulayıb. Hərbi hökumət hadisənin başvermə şəraitini araşdırır. Gəmilərə ehtiyatlı olmaq və hər hansı şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermək tövsiyə olunur”, – deyə sənəddə vurğulanıb.

Söhbətin hansı gəmidən getdiyi məlum deyil.

Qeyd edək ki, İrana bağlı olan husilər (Yəmənin “Ənsar Allah” hərəkatı) xüsusən İsrail-HƏMAS müharibəsi başlayandan sonra mütəmadi olaraq Qırmızı dənizdə ticarət gəmilərinə hücum edirlər.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir