ABŞ Milli Basketbol Assosiasiyasında (NBA ) Şərq və Qərb komandaları arasında ənənəvi “All Star” oyunu keçirilib.
İndianapolis şəhərində baş tutan görüş Şərq təmsilçisinin 211:186 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmanın ən dəyərli basketbolçusu qalib komandanın heyətində 39 xal, üç rebaund və altı məhsuldar ötürmə ilə “Miluoki Baks”ın oyunçusu Damian Lillard olub.
Qeyd edək ki, NBA ulduzlarının iştirak etdiyi “All Star” oyunu 73-cü dəfə təşkil olunub.
Mənbə: NBA “X” səhifəsi
www.102info.az