Kreml Ukrayna hadisələri ilə bağlı Moskva və İrəvanın mövqelərinin fərqli olduğunu təsdiqləyib.
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
O, bir müddət əvvəl Ukraynadakı vəziyyətlə bağlı Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatını şərh edib.
“Həqiqətən, bizim Ukraynada baş verənlərə və Ukrayna ətrafındakı münaqişəyə dair diametral əks baxışlarımız var. Bu, sirr deyil. Bu, hər kəsə yaxşı məlum mövqedir”, – deyə o bildirib.
Peskov bununla belə Ermənistanla razılaşmadıqlarını vurğulayıb və israrla haqlı olduqlarını izah etməyə davam edəcəklərini vurğulayıb.
Qeyd edək ki, Paşinyan Almaniyadakı erməni diasporunun nümayəndələri ilə görüşündə Ermənistanın Ukrayna məsələsində Rusiyanın müttəfiqi olmadığını deyib.
Mənbə: İnterfaks.ru
www.102info.az