Ötən həftə azad edilən ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb

Cəmiyyət


Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.

Oxu.Az-a bu barədə ANAMA-dan bildirilib ki, azad olunan ərazilərdə 12-18 fevral 2024-cü il tarixləri ərzində 46 tank əleyhinə mina, 33 piyada əleyhinə mina, 525 partlamamış hərbi sursat (PHS) aşkarlanaraq zərərsizləşdirilib.

Həmçinin, 886,1 hektar ərazi minalardan təmizlənib.

www.102info.az

Spread the love