2023-cü ildə “Samsung” 18-ci il ardıcıl olaraq televizor bazarının lideri olub.
Bu barədə “Omdia” analitik firmasının yeni hesabatına istinadən məlumat yayılıb.
“Omdia”nın hesabatına görə, “Samsung”un qlobal televizor bazarındakı payı 2023-cü ildə 30,1% təşkil edib. Şirkət ötən il 8,31 milyon “QLED” və “Neo QLED” televizor satıb. Üstəlik, 2017-ci ildə ilk “QLED” televizorlarını təqdim edəndən bəri “Samsung” 44 milyondan çox belə cihaz satıb.
Cənubi Koreya şirkəti premium TV seqmentində də lider mövqeyini qoruyub saxlayıb.
“Samsung Electronics”in televiziya bölməsinin prezidenti Yen Sok U bildirib ki, şirkət yaxın illərdə “Micro LED” ekranlı televizorları daha sərfəli etmək üçün çalışacaq. İlk növbədə, bu cür cihazların qiymətində endirimlərə ekran diaqonalını azaltmaqla nail olunacaq.
Mənbə: gazeta.ru
www.102info.az