“Türkiyə-Azərbaycan Universiteti ilə bağlı prosesin sənədləşmə hissəsinin sentyabra kimi bitməsi tamamlanacaq”.
Oxu.Az-ın məlumatına görə, bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli media nümayəndələri üçün keçirdiyi brifinqdə bildirib.
N.Məmmədli bildirib ki, Azərbaycan qanunvericiliyinə görə, ölkəmizdə universitetə qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir:
“Hələlik Azərbaycanda attestatla qəbul mövcud deyil. Universitetdə ilkin olaraq bakalavr təhsili təşkil ediləcək”.
O əlavə edib ki, Türkiyə-Azərbaycan Universitetində tədris alanlar üçün diplomlarının tanınmasında heç bir problem olmayacaq.
İlhamə Əbülfət
www.102info.az