Cərrah xorultudan xilas olmağın yollarından birini açıqlayıb

Maraqlı


Rinoseptoplastika (burun çəpərinin korreksiyası) obstruktiv yuxu apnoesi olan insanlarda ürək-damar xəstəlikləri riskini azalda bilər.

Bu barədə rusiyalı plastik və rekonstruktiv cərrah Andrey Yenin danışıb.

Obstruktiv yuxu apnoesi yuxu zamanı tənəffüsün epizodik dayanması deməkdir. Bu vəziyyət çox vaxt xoruldama ilə müşayiət olunur. Yeninin qeyd etdiyi kimi, bu hal ürək-damar xəstəlikləri riskini artırır. Belə ki, bunu sübut edən tədqiqatlardan biri xoruldayan insanların qanında iltihab markerləri və ürək-damar xəstəliklərinə meyilli olduqlarını aşkar edib.

“Bu gün rinoseptoplastika bütün sistemlərin və orqanların toxumalarının yüksək dərəcədə oksigenləşməsi səbəbindən ömrün uzunluğuna təsir edən funksional bir əməliyyatdır, çünki oksigen bütün sistemlərin işləməsi üçün yanacaqdır”, – Yenin vurğulayıb.

Mənbə: lenta.ru

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir