Orqanizmə daha çox xeyir verən məhsullar ən allergik olanlar imiş – SİYAHI

Maraqlı


Qida allergiyası çox vaxt uşaqlıqda başlayır və həyat boyu davam edir. Bu, qusma, qaşınma, başgicəllənmə, öskürək, boğazda şişkinlik, nəfəs darlığı, astma tutması və s. müxtəlif simptomlarla müşahidə olunur.

Bu barədə rusiyalı yüksək kateqoriyalı terapevt Svetlana Yakuşkina allergiya yaradan məhsullar barədə danışarkən bildirib.

Onun sözlərinə görə, ən təhlükəli allergik reaksiya anafilaktik şokdur (qan təzyiqinin düşməsi və huşun itirilməsi) – təcili tibbi müdaxilənin göstərilməməsi ölümlə nəticələnə bilər.

Allergen məhsullara gəlincə isə ekspert onların ağırlıq dərəcələrinə görə üç qrupa – güclü, orta və zəif təsir edənlərə bölündüyünü vurğulayıb.

“Ən güclü allergenlər bunlardır: inək südü və tərkibində 20-yə yaxın zülal olan süd məhsulları; balıq və dəniz məhsulları, yumurta”, – deyə mütəxəssis bildirib.

O, həmçinin qeyd edib ki, bəzi peyvəndlər toyuq zülalı əsasında hazırlanır və zülala qarşı allergiya varsa vaksinasiya zamanı həkimə xəbərdarlıq etmək lazımdır.

Həkim termik işlənmənin (bişmə) bəzi məhsulların allergenliyini azaltdığını vurğulayıb.

Güclü allergenlərə həmçinin qoz-fındıq, göbələk, bal, toyuq əti, sitrus meyvələri, üzüm, nar, tropik meyvələr, qırmızı giləmeyvə, çiyələk, moruq, sarı və qırmızı tərəvəzlər (yerkökü, pomidor, çuğundur), şokolad, qəhvə, kakao, taxıl məhsulları, xüsusən də buğda və çovdar (qlüten) aid edilib. 

“İstənilən məhsul allergen ola bilər, lakin hər kəsdə allergiya olmur. Bədənin reaksiyası məhsulun allergenlik dərəcəsindən, immunitet sisteminin vəziyyətindən və irsi meyilindən asılıdır”, – deyə Yakuşkina qeyd edib.

Mənbə: Gazeta.ru

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir