ABŞ hökuməti “LockBit ransomware” virusundan istifadə edərək kiberhücumlarda iştirak edənlərin tutulmasına kömək edə biləcək hər hansı məlumat üçün 15 milyon dollar mükafat təyin edib.
Bu barədə ABŞ Dövlət Departamentinin Mətbuat Xidməti məlumat yayıb.
Dövlət Departamenti vurğulayıb ki, bu böyük mükafat qrupdakı əsas fiqurların şəxsiyyəti və yeri, həmçinin bu virusdan istifadə edərək həyata keçirilən kiberhücumlar haqqında məlumat üçün təklif edilir.
Açıqlamada qeyd olunur ki, 2020-ci ilin yanvarından “LockBit” qrupunun hakerləri həm ABŞ-də, həm də xaricdə iki mindən çox kiberhücum həyata keçiriblər. Bu hücumlar məxfi məlumatların sızması və məhv edilməsi də daxil olmaqla ciddi problemlərlə nəticələnib.
Mənbə: osnmedia.ru
www.102info.az