Bacısı ilə birgə baldızının evindən 82 minlik oğurluq edən qadının şikayəti təmin edilmədi

Kriminal


Ali Məhkəmədə oğurluqda təqsirləndirilən Sevinc Bağırova və onun bacısı Bağçagül Əliyevanın barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən, təqsirləndirilən şəxslərin apellyasiya şikayətləri təmin edilməyib, zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunub, Şəki Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

Belə ki, Sevinc Bağırovanın 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 6 il 6 ay müddətinə, Bağçagül Əliyevanın isə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası 6 il müddətinə artırılıb.

İttihama görə, Sevinc Bağırova bacısı Bağçagül Əliyeva ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında baldızı, zərərçəkmiş Vəsilə Bağırovanın yaşadığı evin həyətində olan sandıqda və evin otağındakı şüşəli dolabda saxladığı ümumilikdə 81 953 manat pulu 2021-ci ilin oktyabr ayının 10-dan 2022-ci ilin aprel ayının 18-nə qədər olan müddətdə oğurlayıb.

Daha sonra hər iki bacı zərərçəkmişin şikayəti əsasında saxlanılıb və onların barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir