Bakı Apellyasiya Məhkəməsində adam öldürməkdə təqsirləndirilən İsmət Qədirovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası martın 6-na təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsmət Qədirov 16 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2022-ci il oktyabr ayında paytaxtın Nəsimi rayonunda baş verib. Asif Məhərrəmov küçəsində yerləşən bərbərxanaların birində bərbər işləyən 1994-cü il təvəllüdlü İsmət Qədirov münaqişə zəminində həmyaşıdı olan İlkin Qurbanlını bıçaqlayaraq qətlə yetirib. İsmət Qədirova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.
www.102info.az