Fransanın Overn bölgəsində qar uçqunu nəticəsində azı dörd nəfər ölüb, yerli hakimiyyət orqanları bildiriblər. Bundan əlavə, azı üç nəfər yaralanıb.
Səlahiyyətlilərin məlumatına görə, qar uçqunu altında ölənlər xizək sürənlər olub.
Qar uçqunu Pyui-de-Dom bölgəsindəki Val d’Enfer vadisindəki Mon-Dor kəndi yaxınlığında 1600 metr yüksəklikdə baş verib. Rəsmilərin sözlərinə görə, xilasetmə əməliyyatında 50-yə yaxın adam iştirak edib.
Mənbə: AFP
www.102info.az