“Bu gün də erməni saxtakarlığı var”.
Oxu.Az xəbər verir ki, bu sözləri Əqli Mülkiyyət Agentliyinin sədri Kamran İmanov Xocalı abidəsini ziyarət zamanı jurnalistlərə açıqlamasında deyib.
“Bu o deməkdir ki, biz onlara cavab verməliyik və mübarizəmizi davam edəcəyik.
Alnımız açıqdır. Şəhidlərimizin qanı qalmadı. Bütün dünyaya göstərdik ki, biz böyük xalqıq.
Milli mənəvi dəyərlər keçmişimizdir. Bu gün də istər-istəməz erməni saxtakarlığı var. Bunlar cavabsız qalmamalıdır”, – deyə K.İmanov bildirib.
Onun sözlərinə görə, hər bir erməni yalanı ifşa olunmalıdır.
Nəzrin Vahid
www.102info.az