“Avropa İttifaqının şərti sərhədin yaxınlığında olan missiyasının hərəkətləri, orada heç bir gərginlik olmasa da, bu məsələnin daim gündəmdə saxlanılması vəziyyətin sanki kritik olmasına xidmət edirdi”.
Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov bildirib.
Onun sözlərinə görə, həmin missiyanın nəzarət zonasından sabitliyin pozulması, heç bir əsas olmadan snayper atəşi ilə hərbçimizin yaralanması kimi hallar qeydə alındı:
“Bütün bu istiqamətlərdə müsbət addımlar atılan zaman Fransa canfəşanlıq edərək məsələni gərginləşdirir”.
İlhamə Əbülfət
www.RIA24.az