“Bu gün Xocalı faciəsinin 32-ci ildönümü qeyd edilir. Ermənilərin ölkəmizə qarşı çoxsaylı təcavüzün içində ən faciəvi tarixdir”.
Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov bildirib.
Onun sözlərinə görə, uzun illər ərzində Azərbaycan dövləti Xocalı soyqırımını törətmiş hərbi cinayətkarların cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı tədbirlər görüb:
“Uzun illər ərzində onların məsuliyyətə cəlb edilməməsi Ermənistanda cəzasızlıq mühiti yaratmışdı. Bəzi hərbi cinayətkarları, Xocalı caniləri son dövrdə cinayət məsuliyyətinə cəlb edilib və məhkəmə qarşısında cavab verirlər”.
O qeyd edib ki, bu istiqamətdə işlər də davam etdirilir.
İlhamə Əbülfət
www.RIA24.az