Ali təhsilli olanları satıcı işləməyə nə vadar edir? – VİDEO

Cəmiyyət


Bəzi universitet məzunları ali təhsilli olmalarına baxmayaraq, mağazalarda satıcı işləyirlər.

Məzunların məşğulluq reytinqinə görə, 2018-2021-ci illərdə ölkənin 11 aparıcı ali təhsil müəssisəsindən məzun olanların ən çox işə qəbul olunduğu 10 müəssisədən 5-i market və məişət əşyaları satan şəbəkələrdir.

Baxmayaraq ki, bu sahədə elan olunan vakansiyalarda əsasən orta təhsil tələb edilir. Bəs universitet məzunlarını belə işlərdə çalışmağa nə vadar edir?

İqtisadçı Eyyub Kərimli bildirib ki, beynəlxalq təcrübədə, həmçinin ölkəmizdə baş verən iqtisadi proseslərdən dolayı hazırda əmək bazarında çox ciddi rəqabət formalaşıb:

“Belə ki, bəzən hansısa işə düzəlmək üçün universitet diplomu yetərli olmur. Əlavə bilik və bacarıqların olması tələb olunur. Bu baxımdan əgər insan yalnız universitetdə oxuyub və ixtisasına uyğun biliklərə tam yiyələnməyibsə, işə düzəlməkdə müəyyən çətinliklərlə üzləşəcək”.

Təhsil eksperti Kamran Əsədov isə deyib ki, peşə təhsilli şəxslərin daha çox hissəsi ixtisasları üzrə işləyirlər. Ali təhsil müəssisələrinin bakalavr və magistr pillələrini bitirənlərlə bağlı isə mənzərə fərqlidir. Onların cəmi 42 faizi ixtisasları üzrə iş tapa bilir. Ekspertin sözlərinə görə, abituriyentlər topladıqları ballara uyğun ixtisas seçdikləri üçün müəyyən sahələrdə təhsil alanların iş tapması bəzən mümkünsüz olur.

Odur ki, ixtisas seçərkən əmək bazarının təhlil edilməsi çox vacibdir.

Ətraflı Baku TV-nin süjetində:

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir