Türkiyənin aerokosmik sənaye şirkəti TUSAŞ beşinci nəsil “Kaan” döyüş təyyarəsinin performansı ilə bağlı yeni bir video yayımlayıb.
Görüntülər şirkətin “X” sosial şəbəkə hesabında paylaşılıb.
“Kaan”ı bir də öz səsindən dinləyək”, – deyə paylaşımda qeyd olunub.
Xatırladaq ki, Türkiyənin beşinci nəsil milli döyüş təyyarəsi olan “Kaan” ilk uçuşunu fevralın 21-də həyata keçirib. Türkiyə ABŞ-nin “F-35” qırıcılarına alternativ olaraq bu təyyarələri istehsal edib. Hazırda Türkiyə Elmi və Texnoloji Araşdırmalar Qurumu (TÜBİTAK) təyyarəyə radarda görünməzlik xüsusiyyəti qazandıracaq yerli və milli layihələrin hazırlanması üzərində işləyir.
www.RIA24.az