Kişi kafedə zənglərinə cavab verməyən tanışını bıçaqladı – HÖKM

Kriminal


Şəki Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmada ittiham olunan Cavid Qayıbovun (şərti) cinayət işi üzrə məhkəmə istintaq başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə ötən il saat 19 radələrində Göyçay rayonu, İnçə kəndi ərazisində yerləşən “Şirvan” şadlıq sarayının həyətindəki adsız kafedə qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Cavid Qayıbov spirtli içki qəbul edərkən həmin kafedə digər masa arxasında əyləşmiş həmkəndlisi və tanışı, zərərçəkmiş Zaman Qədirovla (şərti) mübahisə edib. Mübahisəyə səbəb isə zərərçəkmiş əvvəllər onun telefon zənglərinə və mesajlarına cavab verməməsi olub. Sonra o, kafedən bıçaqla Zamanın qarın nahiyəsinə qəsdən bir dəfə vuraraq, ona xəsarət yetirib.

Hadisədən sonra Cavid Qayıbov cinayət məsuliyyətinə cəlb edilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir