“Ermənistanın dövlət strukturlarına bağlı bəzi sosial media kanalları Laçın istiqamətində guya bu gün səhər saatlarında baş vermiş hadisə ilə bağlı qeyri-peşəkar şəkildə montaj olunmuş, dezinformasiya xarakterli video paylaşıblar”.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
“Təqdim olunan videonun metaməlumatlarının tədqiqi və aparılan qısa araşdırma nəticəsində müəyyən edilib ki, fərqli zamanda və fərqli coğrafi məkanda çəkilmiş videogörüntülərin bugünkü hadisə ilə heç bir əlaqəsi yoxdur”, – məlumatda deyilir.
www.RIA24.az