Bakıda kişi avtomobil yolunun ortası ilə gəzərək nəqliyyatın hərəkətinə çətinlik yaradıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkələrdə paylaşılıb.
İlkin ehtimallara görə, həmin şəxsin psixi sağlamlıq durumu yerində deyil.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı Oxu.Az-a açıqlamasında bildirib ki, yayılan videogörüntülərdən məlumatlıdırlar:
“Məlum görüntülər aidiyyəti üzrə tərəfimizdən araşdırılır”.
Könül Cəfərli
www.102info.az