Sədərək Rayon Mədəniyyət Şöbəsinin müdiri işdən çıxarılıb

Mədəniyyət


Sədərək Rayon Mədəniyyət Şöbəsinin müdiri vəzifəsindən azad olunub.

Bununla bağlı Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidov əmr imzalayıb.

Əmrə əsasən, Sədərək Rayon Mədəniyyət Şöbəsinin müdiri Rəşad Vilayət oğlu İsmayılov işdən azad olunub.

Sədərək Rayon Mədəniyyət Şöbəsinin müdiri vəzifəsinin icrası müvəqqəti olaraq şöbənin məsləhətçisi Məhəmməd Eldar oğlu Seyidova həvalə edilib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir