Belçikada İkinci Dünya müharibəsindən qalma bomba partladıldı – VİDEO

Maraqlı


Belçikanın Şərqi Dyunkerk şəhərində böyük təyyarə bombası aşkar edilib.  

İkinci Dünya müharibəsindən qalma bomba Kraliça Elizabet İnstitutunun reabilitasiya xəstəxanasının yaxınlığındakı çimərlikdə tapılıb.

Xəstəxananın yanında isə hələ də İkinci Dünya müharibəsindən qalma bunker var. Tapılan bombanın çəkisi 100 kiloqramdan çox olub.

Hadisə yerinə gələn zərərsizləşdirmə xidməti bombanın yerindəcə partladılmasına qərar verib. Əvvəlcə bomba xəstəxanadan 5 kilometr aralıda yerləşən Sxipqatduynena bölgəsinə aparılıb. Polis geniş təhlükəsizlik zolağı qurub və bundan sonra bomba uzaqdan işə salınıb.

Mənbə: “Nieuwsblad”

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir