Bakıda həmyerlisini öldürən əcnəbi ilə bağlı məhkəmə qərarı açıqlandı

Kriminal


Bakı Apellyasiya Məhkəməsində paytaxt ərazisində qısqanclıq zəminində həmyerlisini öldürməkdə təqsirləndirilən Çin vətəndaşı Yuan Tiangangın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ramin Qaraqurbanlının sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətə azadlıqdan məhrum edilib. Cəzasını çəkdikdən sonra Azərbaycan ərazisini məcburi tərk etməsi ilə bağlı qərar qəbul olunub.

İttiham aktına əsasən, Bakıya işləmək üçün gələn hər iki Çin vətəndaşı Nizami rayonu Keşlə qəsəbəsi ərazisində yataqxanada yaşayıblar. Yuan Tiangangın həyat yoldaşı da onlarla bir evdə qalıb. Cari il iyulun 14-də Yuan Tiangang onunla eyni evdə yaşayan tanışı Lianginin onun arvadı ilə yaxınlıq etmək istədiyini öyrənib. O, qısqanclıq zəminində Lianginin baş nahiyəsinə dəmir parçası ilə zərbələr endirib. Liangin hadisədən sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Ona qarşı Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir