Sumqayıt sakini qohumunu qətlə yetirib, daha sonra intihara cəhd edib

Kriminal


Martın 1-də saat 18 radələrində Sumqayıt şəhəri ərazisində 1981-ci il təvəllüdlü Salahov Nicat Saleh oğlunun kəsilmiş-deşilmiş xəsarətlərlə ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1976-cı il təvəllüdlü Rzayev Ceyhun Alxan oğlu qətli törətdikdən sonra intihara cəhd edib. O, xəstəxanaya yerləşdirilib. Qətlə yetirilən şəxslə C.Rzayev onun qohumu olub.

Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

www.102info.az