Paris Moskvanı strateji dilemma qarşısında qoyur: Ukraynaya xüsusi təyinatlılar göndərilir?

Dünya


“Fransa hakimiyyəti xüsusi təyinatlıların və ya digər hərbi birləşmələrin Ukrayna sərhədindən keçməsinə icazə verə bilər”.

Bu sözlər “Le Monde” qəzetinin dərc etdiyi yazıda deyilib.

Qəzetin məlumatına görə, bu yolla Paris Moskvanı strateji dilemma qarşısında qoymaq istəyir.

Qəzetin mənbələri bildiriblər ki, bu hərbi təlimçilərin potensial olaraq digər bölmələrlə birlikdə Ukrayna sərhədini keçməsinə icazə verilməsi ideyası Fransada müzakirələrin mərkəzində dayanır.

Jurnalistlərin ehtimallarına görə, Fransanın hərbi mövcudluğu Ukraynanın müəyyən ərazilərinin müdafiəsinin qurulmasına kömək edə bilər. Həmçinin, onların fikrincə, Paris bu yolla Rusiya Silahlı Qüvvələrinin zərbələrini azaltmaq niyyətindədir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir