ABŞ-nin “C-130 Hercules” hərbi-nəqliyyat təyyarəsi Qəzza zolağına ilk humanitar yardımın çatdırılmasını həyata keçirib.
Məlumata görə, hava yolu ilə 35 mindən çox qida vasitəsi çatdırılıb. Təyyarədə nə su, nə də dərman olub.
ABŞ Mərkəzi Komandanlığı bu məlumatı təsdiqləyib. Bildirilib ki, İordaniya və ABŞ Hərbi Hava Qüvvələri “davam edən münaqişədən zərər çəkmiş mülki şəxslərə lazımi yardım göstərmək üçün Qəzza zolağına humanitar yardımın çatdırılması məqsədilə birgə hava əməliyyatı keçirib”.
Mənbə: TASS
www.102info.az