ABŞ Ali Məhkəməsi Trampın seçkidə iştirakı ilə bağlı QƏRARINI AÇIQLADI

Dünya


ABŞ Ali Məhkəməsi keçmiş Prezident Donald Trampa Koloradoda ilkin prezident seçkisində iştirak etməyə icazə verib.

Ali Məhkəmə Kolorado Məhkəməsinin tətbiq etdiyi qadağanı ləğv edib.

Qərarda deyilir: “ABŞ Konstitusiyasına 14-cü Düzəlişin 3-cü bölməsinin dövlət vəzifəsi sahibləri və namizədlərlə bağlı tətbiqi səlahiyyəti ştatlara deyil, Konqresə aid olduğu üçün biz bu qərarı ləğv edirik”.

Xatırladaq ki, daha əvvəl Kolorado Məhkəməsi Trampın 2024-cü ildə Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olmaq üçün keçirilən yerli ilkin seçkidə iştirakını qadağan etmişdi. Tramp bu qərardan yanvarın əvvəlində ABŞ Ali Məhkəməsinə şikayət etmişdi.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir