Azərbaycanın bir qrup vətənpərvər gənci təcavüzkar Ermənistanın dövlət sərhədimizin Tovuz rayonu istiqamətində xaincəsinə hücumu zamanı ” Qardaş Azərbaycana qarşı Ermənistanın təcavüzünü qətiyyətlə qınayırıq”-deyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və Xarici işlər naziri Mövlud Çavuşoğluna öz təşəkkürlərini bildiriblər.
Mövlud Çavuşoğlu öz “Twitter” səhifəsində səhifəsində gənclərin təşəkkür videosunu paylaşaraq, “Can qardaşlarımıza canımız fəda”-qeydini yazıb.