Azad edilən rayonlarda ötən il minalardan təmizlənən ərazilərin həcmi açıqlanıb – SİYAHI

Cəmiyyət


2023-cü ildə Minatəmizləmə Agentliyi və minatəmizləmə əməliyyatlarına cəlb olunan dövlət və qeyri-dövlət qurumları tərəfindən ümumilikdə 53 min (53 081,8) hektardan çox ərazidə təmizləmə əməliyyatları icra edilib. Həmin ərazilərdə 31 600 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

Bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatında bildirilib.

Belə ki, 2023-cü ildə həyata keçirilmiş minatəmizləmə əməliyyatlarında Agentliyi tərəfindən 32 823,9 hektar, Müdafiə Nazirliyi tərəfindən 6 938,7 hektar, Fövqəladə Hallar Nazirliyi tərəfindən 669,7 hektar, Dövlət Sərhəd Xidməti tərəfindən 841,9 hektar və yerli şirkətlər tərəfindən 11 807,6 hektar ərazi təmizlənib, Agentlik tərəfindən 22,6 min ədəd, Müdafiə Nazirliyi tərəfindən 2,4 min ədəd, Fövqəladə Hallar Nazirliyi tərəfindən 949 ədəd, Dövlət Sərhəd xidməti tərəfindən 198 ədəd, yerli şirkətlər tərəfindən isə 5,4 min ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

Məlumatda vurğulanıb ki, 2023-cü ildə icra edilmiş minatəmizləmə əməliyyatlarının 29 005,6 hektarı kənd təsərrüfatı, 814,8 hektarı nəqliyyat, 11 720,5 hektarı yaşayış infrastrukturu, 1 470,9 hektarı energetika, 100 70 hektarı isə digər layihələr üzrə əraziləri əhatə edib.

Qeyd edilib ki, 2023-cü ildə həyata keçirilmiş minatəmizləmə əməliyyatlarının 7 956,1 hektarı Ağdam rayonunun, 14 016,7 hektarı Cəbrayıl rayonunun, 6 025,1 hektarı Füzuli rayonunun, 6 400,2 hektarı Kəlbəcər rayonunun, 3 570,8 hektarı Zəngilan rayonunun, 1 454,2 hektarı Laçın rayonunun, 4 400,4 hektarı Xocavənd rayonunun, 1 286,9 hektarı Tərtər rayonunun, 174,5 hektarı Xocalı rayonunun, 6 993,9 hektarı Qubadlı rayonunun, 585,4 hektarı Şuşa rayonunun, 217,6 hektarı isə digər rayonların ərazisində icra edilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir