İlkin Süleymanov yenə hakim qarşısında: Hadisə günü olanları danışdı – FOTO

Cəmiyyət


Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı birinci instansiya məhkəməsinin hökmündən verilən apellyasiya şikayətləri üzrə növbəti məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Gəncə Apellyasiya Məhkəməsində hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən İlkin Süleymanov hadisə günü ilə bağlı ifadə verib.

Daha sonra İ.Süleymanov dövlət ittihamçısı və vəkillərin suallarını cavablandırıb.

Növbəti məhkəmə iclası martın 27-nə təyin edilib.

Qeyd edək ki, İlkin Süleymanov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsindəki hökmün ləğv edilməsi və bəraət hökmü çıxarılması ilə bağlı apellyasiya şikayəti verilib. Bununla bağlı avqustun 8-də Gəncə Apellyasiya Məhkəməsində proses başlayıb, iş apellyasiya baxışına təyin edilib. Baxış iclasında zərərçəkən tərəfin – Nərminin atası Şərif Quliyevin də hökmdən apellyasiya şikayəti verdiyi məlum olub. Şərif Quliyevin İlkin Süleymanova ömürlük cəza verilməsi ilə bağlı apellyasiya şikayəti üzrə prosessual müddət başa çatdığından şikayət verilməsinin mümkünlüyü məsələsinə birinci instansiya məhkəməsində baxılması zərurəti yaranıb. Bu səbəbdən proses təxirə salınıb və iş yenidən Gəncə Ağır Cinayətlər Məhkəməsinə qaytarılıb.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N. Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun yandırılmış meyiti 2020-ci il yanvarın 6-da tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İlkin Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adamöldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir