“Aston Martin” şirkəti “Formula-1” yarışlarında iştirak edəcək yeni təhlükəsizlik maşınını (“safety car”) nümayiş etdirib.
Hazırkı çempion Maks Ferstappen bir neçə dəfə “Formula-1”in əvvəlki “Vantage” modelli təhlükəsizlik maşınının yavaş olduğunu deyib.
Bildirilir ki, yeni “Aston Martin Vantage” təhlükəsizlik avtomobilinin gücü 153 at qüvvəsi artırılaraq ümumilikdə 656 at qüvvəsinə çatdırılıb, bu artım güc qurğusunun təkmilləşdirilməsi sayəsində əldə olunub.
Bundan başqa keçən ay nümayiş etdirilən “Vantage”ın adi yol versiyası ilə müqayisədə sifarişli versiyada böyük ön “splitter” və arxa antiqanad aydın görünür. Bütün bu elementlər daha mükəmməl aerodinamik dəstin bir hissəsidir. Maraqlıdır ki, hətta damda quraşdırılmış sayrışan işıqlar da aerodinamikanın yaxşılaşdırması üçün yenilənib.
Avtomobili bu həftəsonu Səudiyyə Ərəbistanı Qran-prisində görmək mümkün olacaq.
Mənbə: Championat.com
www.102info.az