Bolqarıstan hökuməti istefa verib

Dünya


Bolqarıstanın baş naziri Nikolay Denkov hökumətin istefası məktubunu parlament ofisinə təqdim edib.

Bu barədə Bolqarıstan Teleqraf Agentliyinə hökumətin mətbuat xidməti məlumat verib.

Bolqarıstanda canlı yayımlanan çıxışı zamanı Denkov “Baş nazir vəzifəsindən istefa edirəm. Bəyanat parlamentə təqdim edilib. Bu, siyasi oyun deyil, 6 iyun 2023-cü il tarixli bəyannaməyə uyğun gələn mövqedir”, – deyə bildirib.

Baş nazir deyib ki, “istefa mühüm mövzular üzrə danışıqlara dəvətdir”, lakin hələlik “hökumət öz işini davam etdirir”.

O, Bolqarıstanın obyektiv prokuror və hakimlərə, eləcə də islahatlara ehtiyacı olduğunu vurğulayıb.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir