Nigeriyanın şimal-şərqində 47 qadından ibarət qrup ekstremist dəstələrdən birinin silahlıları tərəfindən qaçırılıb.
Məlumata görə, məcburi köçkünlər düşərgəsindən olan qadınlar Kamerun sərhədi yaxınlığında odun yığarkən silahlı şəxslərin hücumuna məruz qalıblar.
Qadınlardan bəziləri qaça bilsə də, 47 nəfər yaraqlılar tərəfindən əsir götürülərək naməlum istiqamətə aparılıb.
Hazırda oğurlanmış şəxslərin axtarışları davam etdirilir.
Mənbə: TASS
www.102info.az