Həbib Nurməhəmmədov: “Oğlumun idmançı olmasını istəmirəm”

Dünya


Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə keçmiş çempionu rusiyalı Həbib Nurməhəmmədov oğlunun qaydasız döyüşlərə olan marağından danışıb.

H.Nurməhəmmədov bildirib ki, oğlunun peşəkar idmançı olmasını istəmir.

“Oğlum məndən ona döyüşlərimi göstərməyimi xahiş edir. Onunla necə davranacağımı bilmirəm. Mən onun peşəkar idmançı olmasını istəməzdim. Amma israr edərsə, bu onun seçimi olacaq. Kaş ki, adi bir insan olsun. Çünki peşəkar idmançıları adi insan adlandırmaq olmaz”, – deyə dağıstanlı idmançı vurğulayıb.

Mənbə: Championat

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir